Azərbaycanda 38 milyon manat dəyərində narkotik vasitə dövriyyədən çıxarıldı

Cəmiyyət

Bu ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ümumilikdə 1 914 cinayət faktı aşkarlanıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1 210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kiloqram 949,825 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235 min ABŞ dolları) kimi qiymətləndirilir.

Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilib. Həmin şəxslərdən 11 nəfəri əcnəbidir: yeddisi İran İslam Respublikası, biri Rusiya Federasiyası, üçü Türkiyə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kiloqram 022,362 qram müxtəlif növ narkotik vasitə, 2 115 ədəd həb və psixotrop maddələr götürülüb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.