Ramiz Mehdiyev AMEA-da iclas keçirdi – YENİLƏNİB

Cəmiyyət

İstefa ərizəsini yazan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasını tərk edib.

“Unikal” xəbər verir ki, onun AMEA-nı tərk etməsini lentə almaq istəyən şəxslərə maneə yaradılıb.

14:20

İstefa ərizəsini yazan Ramiz Mehdiyev bu gün saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasına gəlib.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədirlər.

Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verməsi ilə bağlı ərizə yazıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.