Həkimdən XƏBƏRDARLIQ: “Səhər xaş yemək orqanizmə birbaşa ziyandır”

Cəmiyyət

“Evdə 3-4 litr su içmək də düzgün deyil. Hər kəs eyni dərəcədə su, qida qəbul edə bilməz”

Oxu.Az xəbər verir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev canlı yayımda cavablandırarkən deyib.

O bildirib ki, səhər xaş yemək orqanizmə birbaşa ziyandır:

“Biz faydalı və balanslı şəkildə qidalanmanı tövsiyə edirik. Suyun da, qidanın da orqanizmin tələbindən artıq qəbulu ziyandır. Ürək çatışmazlığından əziyyət çəkən insanlar var ki, gün ərzində 3-4 litr su qəbul edir və ürəyin ağırlaşmış vəziyyətində həkimə müraciət edir.

Kişilərdə ortalama 2 min kalori qəbulu olur. Lakin bunu da metobolizm sürəti tənzimləyir. Bu da standart ola bilməz – orqanizm individualdır. Odur ki, insanlar bütün qidaları zəruri miqdarda və düzgün şəkildə istehlak etməlidirlər ki, orqanizm metobolizm sürətinə müvafiq olsun”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir