İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhər 4 nömrəli uşaq bağçasında yaradılan şəraitlə tanış olub.  

Cəmiyyət

Uşaq bağçası ən müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı var. Yeməkxanasında balacaların normal qidalanmaları üçün bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait var.  

Qeyd edək ki, İsmayıllı şəhər 4 nömrəli uşaq bağçası 100 uşaq yerlik olmaqla 1 korpus və 3 mərtəbədən ibarətdir. İlkin olaraq bağça 4 qrup üzrə fəaliyyət göstərəcək ki, həmin qruplarda 80 nəfər uşağın tərbiyəsi ilə 5 nəfər pedaqoji heyət məşğul olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir