Astma xəstələrinin NƏZƏRİNƏ: Mövsümlə əlaqədar ağırlaşmalar ola bilər

Cəmiyyət

“Mövsüm dəyişikliyi ilə əlaqədar astma və yuxarı tənəffüs yolları xəstəliklərinin kəskinləşdiyi müşahidə edilir. Eyni zamanda mədə-bağırsaq sistemi xəstəlikləri də kəskinləşə bilər”.

Oxu.Az xəbər verir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev canlı yayımda cavablandırarkən deyib.

O bildirib ki, həmin xəstəliklərdən əziyyət çəkənlərdə vəziyyət ağırlaşır:

“Bəzən isə elə olur ki, bu günə qədər mədə-bağırsaq və yuxarı tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkməyən şəxslərdə ilkin simptomlar yarana bilir. Bu səbəbdən mövsüm dəyişikliyi zamanı orqanizmə diqqət etmək, immun sisteminin zəifləməsinə izn verməmək lazımdır”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir