“Azərsu”: Cari ildə 1291 sudan qanunsuz istifadə faktı aşkar edilib

Cəmiyyət

2022-ci ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 1291 fakt aşkarlanıb. 

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, aşkar edilən özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə aşkarlanan 1291 fakt üzrə 344 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir