Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb – FOTO

Cəmiyyət

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 077 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib, aktiv xəstə sayı 1 457 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 337, bu günə qədər isə ümumilikdə 6 646 110 test icra olunub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir