Aygün Əliyeva İslamabad Ali Məhkəməsinin Vəkillər Kollegiyasının Fəxri üzvü adını alıb – FOTO

Cəmiyyət

Vəkil Aygün Əliyeva İslamabad Ali Məhkəməsinin Vəkillər Kollegiyasının Fəxri Üzvlüyünü alan ilk vəkil oldu.  

Mükafatlandırma mərasimi 15.03.2022-ci il tarixində Pakistanın paytaxtı İslamabadda İslamabad Ali Məhkəməsinin Vəkillər Kollegiyasının mərkəzi ofisində keçirildi və burada Kollegiyanın yeni seçilmiş prezidenti cənab Shoaib Shaheen Vəkil Əliyevaya Fərqlənmə Sertifikatını təqdim etdi.  Mərasimdə çoxlu sayda yüksək səviyyəli hüquqşünaslar iştirak edib. 
Daha sonra Pakistan Federal Hüquq və Ədliyyə Naziri Dr. Farogh Naseem Aygün Əliyevanı qəbul edib. 

Qeyd edək ki, Aygün Əliyeva həm Azərbaycan Vəkillər Kollegiyasının, həm də İstanbul 2 Nömrəli Kollegiyasının üzvü və Beynəlxalq hüquq komissiyasının sədridir. İstanbul mərkəzli “Era360 Business Consultancy” firmasının həmtəsisçisidir. 

Uzun müddətdir hüquq sahəsində beynəlxalq fəaliyyətləri nəticəsində bu fəxri üzvlüyə qəbul edilmişdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir