Vəfat edən hərbi qulluqçu torpağa tapşırılıb – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov dəfn edilib.

Oxu.Az xəbər verir ki, əsgər İmran Əhmədov yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mərəzə qəbiristanlığında torpağa tapşırılıb.

12:03

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahovla vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, vida mərasimi onun yaşadığı ünvanda – Binəqədi rayonu Biləcəri qəsəbəsində baş tutub. Mərhum Mərəzə qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, əsgər İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Nəşi ötən gün axşam saatlarında ailəsinə təhvil verilib.

10:04

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, əsgərin nəşi axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.

Hazırda evdə mərhumla vida mərasimi keçirilir.

 

Daha çox foto burada: PhotoStock.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir