Bakıda üç avtomobil toqquşub, ağır xəsarət alanlar var – FOTO

Cəmiyyət

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“BMW” markalı nəqliyyat vasitəsi kəsişmədən keçərkən “Toyota” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb. Toqquşma zamanı “BMW” aşıb.

Hadisə nəticəsində aşan avtomobilin sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.

Buna görə, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü deformasiya olmuş avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.

Bundan başqa “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü də xəstəxanaya çatdırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir