Bakıda ana və qızını avtomobil vurub

Cəmiyyət

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Buzovna qəsəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Abbasova Elmira Rafiz qızı və onun 2005-ci il təvəllüdlü qızı Abbasova Fatimə Rafiz qızını avtomobil vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yeniyetmənin vəziyyəti ağırdır.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir