Avtomobildəki nasazlıq ağır qəzaya səbəb oldu: Üç tələbə xəsarət aldı

Cəmiyyət

Gəncədə piyadanın vurulması ilə nəticələn ağır qəza baş verib.

APA xəbər verir ki, hadisə Fətulla Həsənov küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında dayanan 3 tələbəni vurub.

Hadisəyə səbəb avtomobilin şinlərindəki nasazlıq olub.

Qəza zamanı Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Rzayev Eltun Akif oğlu, Şəki sakini 2003-cü il təvəllüdlü Məmmədov Pərvin Kamal oğlu və Tovuz sakini 2002-ci il təvəllüdlü Musayev Təbriz Pərviz oğlu müxtəlif dərəcəli bəədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlardan Rzayev Eltunun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir