Şirvan-Salyan Regional təhsil idarəsinin tabeliyində olan təhsil müəssisələri 2023-2024- cü il bir çox uğurlara imza atıblar-FOTO

Cəmiyyət

Bu il keçirilən Respublika fənn olimpiadalarının final turunun nəticələrinə əsasən Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə final mərhələsində çıxış edən 60 məktəblidən 32 nəfəri qalib adını qazanıb. Belə ki, Neftçala rayonu üzrə – 8 medal (1 qızıl, 2 gümüş, 5 bürünc),Şirvan şəhəri üzrə – 16 medal (2 qızıl, 6 gümüş, 8 bürünc), Salyan rayonu üzrə – 3 medal (2 gümüş, 1 bürünc),Biləsuvar rayonu üzrə – 4 medal (1 gümüş, 3 bürünc), Hacıqabul rayonu üzrə – 1 medal (1 gümüş) əldə olunub.

Nəticələrə əsasən 3 nəfər qızıl, 12 nəfər gümüş, 17 nəfər isə bürünc medala layiq görülüb.Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsində 2 məktəblimiz 3-cü dərəcəli diploma layiq görülmüşdür.

Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinə 64 şagird, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final mərhələsinə isə 7 şagird vəsiqə qazanmışdır.
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələrinə əsasən 145 məktəbli ikinci mərhələdə iştirak etmək hüququ əldə edib.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə 55 şagird iştirak etmək hüququ qazanıb.Bütün iqtisadi regionları əhatə edən İqtisadiyyat müsabiqəsinin regional mərhələsində 2 şagird iştirak edib, onlardan biri milli tur mərhələsində iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, müsabiqə xarici dildə (ingilis dilində) təşkil edilmişdir. 2023-2024-cü tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 11-ci siniflərin buraxılış imtahanlarının ümumi orta balı 116,07 olmuşdur. 2022-2023-cü il tədris ili ilə müqayisədə 21.46 bal irəliləmə müşahidə olunur.Qeyd edək ki,Neftçala rayon Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində uğurları bol olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir