Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür.

Cəmiyyət

Salyan Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkimi, həkim-nevroloq Rəşid Rüstəmov mövzu ilə bağlı bildirib ki, dağınıq skleroz (DS) xroniki autoimmun, iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının, yəni mielin qişasının zədələnməsi ilə müşahidə olunur:

“Buna görə də xəstəliyə demielinləşdirici xəstəlik də deyilir. Bu zədələnmə sinir sisteminin hissələri arasında əlaqəni pozur və nəticədə bir sıra simptom və simptomlar yaranır. Spesifik simptomlar (hissi pozulmalar, ağrılar, əzələ zəifliyi, əzələ spazmları, koordinasiya, nitq pozulması, görmə problemi, yorğunluq hissi və s.) zədələnmə ocağının yerindən asılıdır. 90% hallarda piramid sistem zədələnir, bu da əlilliyə səbəb olur. Xəstələrdə spastika parezdən daha qabarıq olur”.

Rəşid Rüstəmov xəstəliyin səbəblərindən də danışıb:

“Xəstəliyin səbəblərinə immun sistemin disfunksiyası, ətraf mühit faktorları, genetik faktorlar, viral infeksiyalar, siqaret çəkmək, hormonal amillər aid edilir.

DS profilaktikası və müalicəsində müvafiq olaraq immunomodulyatorlar, hormonal müalicədən və həmçinin simptomatik müalicədən istifadə olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir