Birinci Qarabağ müharibəsidə şəhid olan Mayılov Qarabala Ağabala oğlunun 1-ci il dönümü İlk növbədə şəhidin məzarı Bakı şəhərində şəhidlər xiyabanında ziyarət olunub.Məzarı üstünə tər qərənfillər düzüb,İl dönümünə Salyan rayon icra hakimiyyətinin əməkdaşları,şəhid ailələri qazilər,veteranlar və şəhidin yaxınları iştirak edib.Çıxış edən natiqlər şəhidin döyüş yolundan söz açıblar.
Mayılov Qarabala Ağabala oğlu 16.07.1973-cü ildə Salyan rayonunun Kürsəngi kəndində doğulmuşdur. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 19 noyabr 1992-ci il tarixdə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün Adı Kürsəngi kənd tam orta məktəbinə verilmişdir.
Daha sonra Salyan rayon Kürsəngi kəndinə 44 günlük vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunub.Şəhidmiz Mayılov Qarabala Ağabala oğlunun anasının ruhuna dualar oxunub.Anım mərasimi şəhidimizin doğulub boya-başa çatdığı evdə davam edib.Qeyd edilib ki,ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını bildirib.