Sentyabrın 27-də Daşkəsəndə Anım Günü münasibətilə rayonun 2000-dən çox sakini gün ərzində Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub, ümumrayon tədbirində nitq söyləyib. İcra başçısı çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər eyni zamanda Ulu Öndər Heydər Əliyevin memarı olduğu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının uğurla icra edildiyi Qarabağ Azərbaycan xalqı üçün daha arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə daşkəsənlilər adından sonsuz minnətdarlığımızı dərin ehtiramla bildiririk.
Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, hərbçilər, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarına gül düzüblər, ruhlarına dərin hörmət və ehtiram ifadə ediblər.
Rayon rəhəbəri Orxan Abbasov həmçinin rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Anım Günündə Orxan Abbasov şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilərlə birgə rayonun Şəhidlər Xiyabanı ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirib, əkilmiş ağaclara qulluq göstərilməsinə dair tapşırıqlarını verib.
Saat 12:00-da rayon ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Pul
Səmil Şahlaroğlu