Bizim üçün sübh tezdən işə başlayanlar – FOTOREPORTAJ

Cəmiyyət

Sübh tezdən – saat 05:30… Yuxunun ən şirin vaxtıdır, amma onlar üçün iş vaxtı məhz elə bu saatdan başlayır. 

Hər gün səhər insanlar işə gedən zamanda küçəni təmiz halda görsün deyə, süpürgəçilər sübh tezdən küçələri süpürür. 

Hər gün səhər saat 05:30-dan axşam saat 19:00-a kimi iş prosesi davam edir. 

Havnın yağışlı, qarlı olmasına baxmayaraq, səhərin erkən vaxtında oyanır və küçələri təmizləyirlər. 

Onlar həyatlarını riskə ataraq bu işi görürlər. Çünki yüksək sürətlə hərəkət edən maşınlar olsa da, onlar işlərini görməlidirlər. 

Əlimizdə olan zibili asanlıqla ayağımızın altına atırıq. Ancaq hər gün biz şirin yuxuda olarkən bu yaşlı qadınlar küçələri təmizləyirlər. 

Gəlin, onların sağlamlığı, əziyyət görməməsi və ətraf mühit üçün əlimizdə olan zibilləri qutuya ataq… Fikrimcə, bu elə də çətin deyil. 

“Global Photo Stock”un əməkdaşları süpürgəçi qadınların iş prosesini lentə alıb:

FOTO: Kərim Abbasov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir