“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib

Cəmiyyət

“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib.

Oxu.Az xəbər hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları cəlb edilib.

Ehtiyat məqsədilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, yanğınla əlaqədar olaraq Abşeron rayonun və Xırdalan şəhərinin bir çox hissəsində sakinlərə elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq edilib.

Yanğının söndürülməsi və elektrik enerjisi təchizatının bərpası istiqamətində tədbirlər davam etdirilir.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir