Hacıqabul rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi-FOTO

Cəmiyyət

18 oktyabr 2024-cü il tarixdə saat 10:00-da 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirilmişdir.  

Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, rayon könüllüləri olmaqla, ümumilikdə 350 nəfər iştirak etdi.

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən ağacəkmə aksiyasında Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq kəndi, Pirsaat və Navahı qəsəbələri ərazilərindən keçən hissəsinin sağ və sol tərəflərində yolun kənarlarında oleyandr, lelandra, tuya, limon şamı olmaqla ümumilikdə 1000 ədəd ağac əkildi. Yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir