İsmayıllı rayonunda 8 Noyabr-Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib-FOTO

Cəmiyyət

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində millət vəkili Novruzəli Aslanov, RİH-in əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdik. Daha sonra Şəhidlər xiyabanına yürüş təşkil olundu, abidə önünə əklil və şəhidlərin məzarlarına gül dəstələri düzüldü.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, VII Muğam Televiziya müsabiqəsinin qalibi İlahə Nəbiyeva, “Niyal” İnstrumental ansamblının solistləri öz ifaları ilə tədbir iştirakçılarına xoş anlar yaşatdılar.

Tarixi Qələbənin, Zəfərin sevincini bizlərə yaşadan ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin Dəmir yumruğunun gücü, möhkəm siyasi iradəsi, güclü və qüdrətli ordumuz, rəşadətli, mübariz əsgər və zabitlərimiz oldu.

Zəfərimiz mübarək olsun!
Yaşa, Ali Baş Komandan!
Var ol, Azərbaycan Ordusu!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir