Bakının Sabunçu rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü Məmmədova Nuray Rasim qızı yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
www.102info.az