Bakıda binanın qara rəngə boyanması ilə bağlı AÇIQLAMA – FOTO

Cəmiyyət

Yasamal Rayon İcra Hakimiyyəti ərazidə yerləşən binanın fəsadının qara rəngə boyanması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Kazım Kazımzadə küçəsində yerləşən bina Mənzil Tikinti Kooperativinə (MTK) aiddir:

“Bina Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri veriblər. Bina sakinlərinin fasadın rəngi ilə bağlı ümumi qərarı onların seçimi olub və müvafiq iş onlar tərəfindən həyata keçirilib”.

“Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri müvafiq MTK rəhbərliyi ilə əlaqə saxlayıb və binanın fasad rənginin şəhərin ümumi görünüşünə uyğun olmadığına dair öz iradını bildiriblər”, – deyə qurumdan qeyd edilib.

Qeyd edək ki, Kazım Kazımzadə küçəsində yerləşən yaşayış bina qara rəngdə boyanıb. Binanın fəsadının bu cür boyanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir