“Azəriqaz”dan “ağıllı” sayğaclar barədə AÇIQLAMA

Cəmiyyət

“Azəriqaz” İstehsalat Birliyi bu il ərzində respublika üzrə ən azı 10 min xüsusi qurğular ilə təchiz edilmiş “ağıllı” sayğacın tətbiqini nəzərdə tutur.

“APA-Economics”in xəbərinə görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, mərhələli şəkildə bütün Azərbaycanda bu cür “ağıllı” sayğacların (bu tip sayğaclar məlumatların məsafədən oxunulmasına, qazın verilişinin məsafədən dayandırılmasına və bərpa edilməsinə imkan verir – red.) tətbiqi davam edəcək.

Qeyd olunub ki, ağıllı sayğacların tətbiqinə 2021-ci ildə start verilib.

Xatırladaq ki, hazırda respublika ərazisində smart-kart tipli sayğaclardan da istifadə edilir. Yaxın bir neçə il ərzində “Azəriqaz” əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir