Nazir: “Xəzərdə suyun səviyyəsi bizi narahat edir”

Cəmiyyət

“Son 20 ildə Xəzərdə suyun səviyyəsinin düşməsi bizi çox narahat edir”.

AZƏRTAC xəbər verir ki bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, burada iqlim dəyişmələri əsas amildir. Ancaq digər amillər da var: tələbat, əhalinin artması.

“Bizim məqsədimiz bu istehlakın daha səmərəli, daha ağıllı formada idarə olunmasıdır. Vətəndaşlar da, istehlakçılar da suya münasibətdə məsuliyyətli olmalıdırlar”, – deyə nazir bildirib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir