Saloniki Azərbaycan Evində soydaşlarımızla görüş keçirildi – FOTO

Cəmiyyət

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan, Türkiyə, Pakistan və digər icmaların, yerli ictimaiyyətin nümayəndələri, iş adamları və Komitənin əməkdaşları iştirak ediblər.

Görüş zamanı soydaşlarımızın Salonikidə və Yunanıstanda fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanda və dünyada baş verən proseslər, diasporumuzun fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Tədbir çərçivəsində soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri Diaspor TV-nin  “Vətən uzaqda deyil” proqramına müsahibələr veriblər. Müsahiblər sıx əməkdaşlıq etdikləri “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətində fəaliyyətini təqdir etdiklərini bildiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir