Sumqayıt Kimya Sənaye Parkında 12 milyon dollarlıq müəssisənin tikintisi başa çatır

Cəmiyyət

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir və artıq müəssisədə avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb.

Bu barədə Agentlik məlumat yayıb.

Zavodda Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 130 illik təcrübəyə malik olan “HORN Glass Industries AG” şirkətinin texnologiyalarından istifadə ediləcək.

Müəssisənin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 11,5 milyon dollar sərmayə yatırılıb və işlərin 90%-i tamamlanıb.

İstehsal prosesi üç növbəli olmaqla müəssisədə 160-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “Glassica” QSC-yə 2020-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.