Biləsuvarda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər

Cəmiyyət

Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyi Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkib. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polislər Novruz bayramı ərəfəsində gətridikləri sovqatı təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim yaşayacağı bir daha qeyd olunub.  

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.