Qaxda bayram münasibətilə şəhid ailələri və aztəminatlı soydaşlarımız ziyarət olunub – FOTO

Cəmiyyət

Qax Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərini, , aztəminatlı soydaşlarımızı, eləcə də rayon ərazisində yaşayan etnik qrupların nümayəndələrini ziyarət ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, altmış ailəyə baş çəkən polis əməkdaşları onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar. Həmçinin, ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib, azyaşlılara isə hədiyyələr təqdim olunub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir