Ukraynadan 9 nəfər Moskva vasitəsilə Azərbaycana təxliyə olunub – VİDEO

Cəmiyyət

9 nəfər Ukraynanın Xerson vilayətindən Moskvaya aparılıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar daha sonra Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təxliyə edilən soydaşlarımızla görüşüb. 

Bildirilib ki, indiyədək minlərlə azərbaycanlı döyüş zonasından çıxarılıb. 

“Soydaşlarımızın Vətənə dönməsi üçün diplomatik kanallarla iş aparılır. Biz sizi Moskva vasitəsilə Azərbaycana təxliyə etmək qərarına gəldik. Rusiya bizim strateji müttəfiqimizdir. Bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. İnanırıq ki, Rusiya və Ukrayna yaxın vaxtlarda razılığa gələcəklər”, – deyə səfir Polad Bülbüloğlu qeyd edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir