FHN Masallı və Cəlilabadda subasmaya məruz qalmış yerlərdə əməliyyat tədbirləri aparır – VİDEO

Cəmiyyət

Məlumat verildiyi kimi, bu gün gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunmuş FHN qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə gün ərzində Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə 146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış ərazilərdə suçəkmə və təxliyə tədbirləri davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir