Novruz bayramı münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Azərbaycan xalqına təbriki

Cəmiyyət

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Azərbaycan xalqına təbriki

Əziz həmvətənlər!

Sizi sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət dolu günlər arzu edirəm.

Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Baharın gəlişini təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətini əks etdirən Bahar bayramı insanlarımızın yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızdan indiki nəsillərə ərməğanı olan Bahar adət-ənənələrinin günümüzədək yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.

Bu il də sevimli Novruz bayramını xalqımız yüksək əhval – ruhiyyə və qürur hissi ilə qeyd edir. Erməni təcavüzünə son qoyulduqdan keçən 2 il ərzində işğaldan azad edilmiş Qarabağ və Şərgi Zəngəzurda quruculuq və abadlıq işləri yüksək səviyyədə aparılmaqda, erməni vandallarının yerlə bir etdiyi tarixi məskənlərimiz bərpa edilməkdədi. Bu bir daha Azərbaycan Xalqının iradəsinə söyknən müdrik Prezidentimizin və Birinci Vitse Prezidentimiz Mehriban Xanım Əliyevanın Azərbaycan torpqğına yüksək vətənpərvərlik münasibətinin ifadəsidir.

Əziz bacı və qardaşlarım, bir daha Novruz Bayramınızı təbrik edirəm. Bayramınız mübarək!

Hörmətlə,

Fəzail Ağamalı

Millət Vəkili,

Ana Vətən Partiyasının sədri

20 mart 2022 – ci il

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir