Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var – FOTO

Cəmiyyət

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər yaralanıb.

APA xəbər verir ki, qəza Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək “Opel” markalı avtomobilə çırpıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü zərbənin təsirindən avtomobildən çölə çıxıb.

Digər yaralı isə “Opel” markalı maşından çıxarılıb.

Xəsarət alan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir