Azərbaycanlılar Ukraynanın qərbində müvəqqəti sığınacaqlar təşkil edirlər

Cəmiyyət

Son 10 gündə Vinnitsa şəhəri vasitəsilə Ukraynadan 50-ə yaxın azərbaycanlı ailə təxliyə olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin rəhbəri Əliş Səfərov bildirib.

Rəhbərlik etdiyi cəmiyyətin təkcə azərbaycanlıların yox, Ukraynadan olan yaşlı nəsil nümayəndələrin, qadın və uşaqların təxliyəsinə də yardım etdiyini deyən Ə.Səfərov vurğulayıb ki, hazırda bu proses davam edir.

O həmçinin qeyd edib ki, ölkənin daha qaynar nöqtələrindən çıxan azərbaycanlılar və ukraynalılar üçün Ukraynanın Zakarpatiya bölgəsində müvəqqəti yerlər kirayələyib ki, təxliyə olunan ailələr sərhəd bölgəsində növbə gözləyərkən küçələrdə qalmasınlar:

“Bu kimi müvəqqəti sığınacaqlar azərbaycanlı cəmiyyət sədri tərəfindən daimi saxlanılır ki, növbəti təxliyə olunanların istifadəsində olsun. Vinnitsa azərbaycanlıları eyni zamanda, Ukrayna ordusunda yaralanmış azərbaycanlıların da müalicəsinə yardım edirlər”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.