Psixiatr: “Reklamlarda insanlara siqaret deyil, tərz satılır”

Cəmiyyət

“Bəzi marketlərdə 10 yaşında uşağa da siqaret satılır. Əslində qanunla yaş faktoru nəzərə alınır, amma buna həmin obyektlərdə əməl edən yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında həkim-psixiatr Əziz Mustafayev deyib.

O bildirib ki, atalar uşaqlarına pul verir ki, gedib onlar üçün siqaret alsınlar:

“Bu faktor cəmiyyətdə artıq çox normal qarşılanır. Çox təəssüf ki, spirtli içkilərdə də vəziyyət eynidir. Bir başqa məqam reklamlardır. Keçən əsrin 50-60-cı illərinə qədər “kovboy” filmlərində siqaret deyil, onun fonunda sanki bir kişilik obrazı reklam edilir. Həm siqaret, həm spirtli içki reklamlarında məhsul deyil, cəmiyyətə onun yaratdığı bir tərz satılır. İnsanlar o reklamı deyil, orada yaradılan – qəşəng geyim, bahalı maşın, yanında gözəl xanım və s. təsvir olunan həmin tərzi seçir”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.