Novruz tonqalı Balaxanı qəsəbəsinin bir hissəsini işıqsız qoydu – FOTO

Cəmiyyət

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hacı Soltan küçəsində məhəllə sakinləri tərəfindən qalanmış Novruz tonqalı qəzaya səbəb olub.

Oxu.Az xəbər verir ki, gur alov ərazidən keçən elektrik naqillərini əridərək qəsəbənin bir hissəsinin işıqsız qalmasına səbəb olub.

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları hadisə yerində iş aparır. Elektrik təminatının tezliklə bərpa olunacağı bildirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir