Bakıda məşhur klinika işçilərinə görə CƏRİMƏLƏNDİ

Cəmiyyət

Bakıda məşhur klinika sertifikasiyadan keçməyən şəxsləri işə götürdüyü üçün cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, “Medera Hospital”da aparılan yoxlama zamanı qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı məlum olub.

Buna görə də “Medera Hospital” MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə cərimələnib.

Tərtib edilən protokol yekun qərar verilməsi üçün məhkəməyə göndərilib. İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, bu maddə ilə ittiham olunan hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir