Azərbaycanda qatar 20 yaşlı gənci vurub öldürdü

Cəmiyyət

Kürdəmirdə 20 yaşlı gənci qatar vuraraq öldürüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Karrar kəndindən keçən dəmir yolunda qeydə alınıb.

Kənd sakini Quliyev Elgün Bünyəd oğlunu qatar vurub. Ağır bədən xəsarətləri alan E.Quliyev hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunası üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir