Azərbaycanda molla qəbiristanlıqda öldü

Cəmiyyət

Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə yasin oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa yasin oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir