Niderlandın Rotterdam şəhərində Novruz bayramı qeyd edildi – FOTO

Cəmiyyət

Niderlandın Rotterdam şəhərində yaşayan Azərbaycan icması Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunda baş tutan tədbir vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Novruz bayramı münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin qazandığı parlaq qələbə sayəsində xalqımız Novruz bayramını azad edilmiş torpaqlarımızda yenidən sevinc və qürur hissi ilə keçirir, Novruz tonqallarını alovlandırır.

Tədbir zamanı Azərbaycanın görkəmli şairlərinin və bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib, İlham Babayevin ifasında kamançada muğam təsnifləri və xalq mahnıları təqdim edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.