Tovuzdakı qəzada avtomobil aşaraq ağaca çırpılıb – TƏFƏRRÜAT + FOTO

Cəmiyyət

Tovuzda baş verən qəzanın təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 31 yaşlı Murad Əsgərov və onun atası Akif Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.