Bakıda avtomobil yaşlı kişini vurub

Cəmiyyət

Bakıda 70 yaşlı kişini avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü Rəsulzadə Rüfət Nəsir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ pəncənin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir