Tərtərdə idarədən oğurluq edilib

Cəmiyyət

Tərtər Rayon Suvarma Sistemləri İdarəsindən subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqillərin oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vaxtlarda elektrik naqillərini oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Əsəd Mirzəyev saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə vətəndaşa məxsus 1500 manat dəyərində su mühərrikini də oğurladığı müəyyən edilib.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və Ə.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.