Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var – FOTO

Cəmiyyət

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon keçən hissəsindəki dairədə qeydə alınıb.

Belə ki, hadisə zamanı BMW markalı minik avtomobili ilə “VAZ-2109” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ-2109” markalı avtomobilin sürücüsü, rayonun Ağayrı kənd sakini Fəqan Həsənov ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Qəza zamanı habelə digər avtomobilin sürücüsü də yüngül xəsarət alıb və ona hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir