Oxu.Az yazdı, qanunsuz tikili SÖKÜLDÜ – FOTO

Cəmiyyət

Xəbər verdiyimiz ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum Evi şöbəsinin giriş hissəsi hörülərək fəaliyyətini dayandırmışdı.

Doğum evinin yeganə və mərkəzi giriş hissəsinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərin kütləvi toplaşması, eyni zamanda, girişə yaxın hissədə səyyar satış piştaxtalarının qurulması səbəbindən fəaliyyətini dayandırdığı bildirilmişdi.

Məsələ ilə bağlı Oxu.Az-ın redaksiyasına daxil olan şikayətlərin işıqlandırılması ilə artıq məsələ öz həllini tapıb. Belə ki, bu gün qanunsuz tikili sökülüb və müvafiq şöbənin giriş hissəsinin fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum Evi şöbəsinin giriş hissəsinin satıldığı üçün hörüldüyü iddia edilmişdi.

TƏBİB Şirvan Şəhər Mərkəzi Xəstəxanasından yayılan xəbərlərə cavab olaraq qeyd edilmişdi ki, bundan öncə doğum evinin giriş hissəsi kimi istifadə olunan yerin hasara alınması ilə bağlı  sosial şəbəkələrdə səsləndirilən ittihamlar həqiqəti əks etdirmir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.