Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları – FOTO

Cəmiyyət

Sabah Ramazan ayının on doqquzuncu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 20-də imsak vaxtı saat 04:24-də, iftar vaxtı isə 19:39-dadır. 

Aprelin 20-si üçün namaz vaxtları: 

Sübh azanı 04:29 
Zöhr azanı 12:40 
Əsr azanı 17:26 
Məğrib azanı 19:39 
İşa azanı 20:45 

On doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!” 

Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.