Yuxarı Qarabağ kanalı tullantılardan təmizləndi – FOTO

Cəmiyyət

Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, ərazi regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib və rayon poliqonuna daşınıb.

B.Məhəmmədov havaların istiləşməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar tullantıların idarə olunmasında səylərin birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün çağırış edib.

“Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə laqeyd münasibət hələ də var. Bilməliyik ki, atdığımız tullantı həcmindən asılı olmayaraq geriyə, özümüzə qayıdır, çayları, dənizi bərbad edir. Yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir