Baş leytenant yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəmiyyət

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Oxu.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Mirxəyal Hüseynov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, bundan əvvəl o, həmin bölmənin Yol Patrul Xidmətində baş inspektor vəzifəsində çalışıb.

Məlumatı Oxu.Az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan təsdiq ediblər.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir