Dubayda “Xızı dağları” rəqsi: Kamerunlu futbolçunun dostları ilə yaxta istirahəti – VİDEO

Cəmiyyət

Ötən il Adelia Hacıyeva ilə ailə həyatı quran kamerunlu futbolçu Anatole Abanq Azərbaycan rəqslərini oynayıblar.

Oxu.Az-ın məlumatına görə, artıq bir neçə aydır Birləşmiş Ərəb Əmirliklərinə köçən cütlük yaxta istirahəti ilə diqqət çəkiblər. 

Adelia bu barədə sosial şəbəkədə məlumat verib. O, istirahətindən lentə alınan görüntüləri şəxsi “Instagram” hesabında yayımlayıb.

Videoda cütlük dostları ilə Xalq artisti Eyyub Yaqubov və müğənni Elnur Məmədovun mahnılarının sədaları altında rəqs ediblər.

Xatırladaq ki, Adelia ilə Anatole ötən ilin iyulunda ailə həyatı qurublar. Onların bir qız övladı var.

Sözügedən görüntüləri təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir