Rusiyada azərbaycanlı adının “qəribəliyinə” görə saxlanılıb

Cəmiyyət

Rusiyanın paytaxtı Moskvanın hava limanında “Ya Zamir” (Mən Zamirəm) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

Bu barədə rusiyalı rəssam Yuri Şabelnikov “Facebook” hesabında yazıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış kimi başa düşdüyü üçün saxlayıb. Belə ki, “Ya Zamir” rus dilində “Mən sülh tərəfdarıyam” mənasını verir.

Saxlanılan azərbaycanlının adının Zamir olması və hava limanında həmin şəxsi qarşılayacaq adamların onu tanıması üçün sözügedən plakatı daşıması müəyyən edildikdən sonra həmyerlimiz sərbəst buraxılıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir