Bu gün Azərbaycan tək regonda deyil Avropanında enerji təhlükəsizliyinin təminatçısıdır.

Cəmiyyət

 

Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş şəkildə həyata keçirilən daxili və xarici siyasəti,həmçinin iri infrastruktur layihələrinin reallaşdırılması respublikamızı Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkəyə çevirib. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir. Xarici sərmayələrin həcminə görə də ölkəmiz postsovet məkanında lider dövlətdir.Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olmuşdur. Azərbaycanın öz enerji təhlükəsizliyini tam şəkildə təmin etməsi və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynaması dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Bütün bunların nəticəsidir ki, bu gün ölkəmiz regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır.

Ulu öndər Heydər Əliyev əsas qoyduğu neft strategiyasının icrası nəticəsində Azərbaycanın Avropa və bütövlükdə dünya ölkələri üçün etibarlı tərəfdaşa çevrilməsi günün reallıqlarından biridir.Bu gün Azərbaycan regonda deyil Avropada da enerji təhlükəsizliyi təmin edir. Başqa bir məqamı xüsusi vurğulamaq istərdik ki, bu gün Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı xüsusi rola görə Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilib.

   Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı (Aİ) ilə fəal əməkdaşlığı və strateji tərəfdaşlıq əlaqələri öz bəhrələrini verir və bu işbirliyi qitə ölkələrinə fayda gətirməkdədir. Bu xüsusda İtaliyanı qeyd etmək lazımdır. Belə ki, Avropada təbii qaz böhranının yaşandığı indiki şəraitdə enerji idxalçısı kimi tanınan İtaliya Azərbaycan qazını qitəyə nəql edən TAP boru kəməri sayəsində təbii qaz ixracatçısı olub. Bu, Azərbaycanın Avropada etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirməsi hesabına baş verib. Bu gün ölkəmiz regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarıdır.

Cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. Bakı təkcə regionda ən böyük olan bu sənaye tədbirinə ev sahibliyi etmir. Eyni zamanda, gələn həftə baş tutacaq Formula 1 kimi beynəlxalq yarışın keçirildiyi məkandır.

Bu gün biz sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkəti salamlamaqdan məmnunluq hissi keçiririk. Əlbəttə ki, bu tədbirə sadiq olaraq davamlı dəstək göstərdiyi üçün təşkilat komitəsinin adından Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə dərin təşəkkürümü bildirmək istəyirəm.

Zati-aliləri, Bakıda keçirdiyimiz sərgilərə davamlı olaraq dəstək verdiyiniz və bu mühüm sənaye tədbirinin açılışında ənənəvi olaraq iştirak etdiyiniz üçün mən, həmçinin Sizə öz dərin minnətdarlığımızı ifadə etmək istəyirəm. Bu, hər kəsə həm bu sənaye sahəsinin region üçün əhəmiyyətini və eyni zamanda, həmin sənaye sahəsinin daxilində bu tədbirin əhəmiyyətini göstərir.

  Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.

Bu il dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, hazırda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək elektrik stansiyaları inşa edilir. “Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik” – deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Bu gün Azərbaycan digər ölkələrədə enerji təhlükəsizliyi məsələsində vacib imkanlar təqdim edir. Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi təminatçısıdır.Azərbaycanda olan siyasi və iqtisadi sabitlik,neft,qaz və elektrik enerjisi ilə bağlı infrastrurun yaradılmasında gözəl nəticələrimizdir.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

Spread the love
Erektil dysfunktion ED ar resultatet av ED, Erektil dysfunktion Ga till min blogg En tid ar inte nodvandigtvis ett antal ED, howeve, kan anvandas for att behandla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir